Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasının turizm potensialının inkişafı üzrə plan tərtib edib. Bu barədə NMR-nın turizm departamentinin direktoru Əkbər Novruzov bəyan edib.
“Dövlət Turizm Agentliyi ilə birgə Naxçıvan Muxtar Respublikasında 2020-2023-cü illərdə turizmin inkişafı üzrə Birgə Tədbirlər Planı hazırlanıb”, - Novruzov jurnalistlərə bildirib.
O qeyd edib ki, planın əsas məqsədi müxtəlif turizm məhsullarının və infrastrukturun inkişafı hesabına NMR-yə səfər edən əcnəbi və yerli turistlərin sayının artmasıdır.
Öz növbəsində, Azərbaycan TurizmBürosunun baş icraçı direktoruFlorianZenqstşmid qeyd edib ki, Naxçıvan yay və qış turuzminin inkişafı üçün yaxşı potensiala malikdir. “Region ekologiya, ” qastronomiya, təbiət, mədəni və sağlamlaşdırma turizminin inkişafı üçün güeniş resurslara malikdir”, - Zenqstşmid vurğulayıb.
O əlavə edib ki, gələcək üçün əsas vəzifələrdən biri Naxçıvanın hədəf bazarlarda turizm istiqaməti kimi təbliği və beynəlxalq bazarlarla hava əlaqəsinin inkişafıdır. **
X.Nəsirzadə