1 oktyabr 2021-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,854 min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 5,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Oktyabrın 1-nə Bakıda 1,51 min ədəd (artım 5,7%), bölgələrdə 1,344 min ədəd (artım 4,5%) bankomat quraşdırılıb.
Respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 61,109 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 7% çoxdur.
Bununla yanaşı, Bakıda 40,566 min ədəd (artım 7,8%), regionlarda 20,543 min ədəd (artım 5,4%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 58,825 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.**
X.Nəsirzadə