Bazar ertəsi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Həsənov Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər barədə və dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib”, - MN-dən məlumat verilir.
Diella öz növbəsində NATO-nun Azərbaycan ilə əməkdaşlığın cari vəziyyətindən, bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. **
E.Şəfiyev