Azərbaycan prezidenti İlham Əliyev həmkarı Şavkat Mirziyoyevi yenidən Özbəkistan prezidenti seçilməsi münasibətilə təbrik edib.
“Hörmətli Şavkat Miromonoviç, Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız inamlı qələbə ölkənizin rifahı yolunda həyata keçirdiyiniz siyasi xəttin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsinin, əsl lider kimi şəxsinizə bəslənən böyük inam, hörmət və etimadın parlaq təzahürüdür”, - təbrik məktubunda deyilir.
Həmçinin, Əliyev qeyd edib ki, iki ölkə arasında qarşılıqlı səmərəli əməkdaşlıq daima genişlənir.
“Əminəm ki, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Özbəkistan dostluğu və strateji tərəfdaşlığı qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da yüksələn xətlə inkişaf edəcək və möhkəmlənəcək. Hörmətli Şavkat Miromonoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan Respublikasının əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”, - Əliyev məktubda qeyd edib. **
B.Rüstəmbəyov