Azərbaycanda koronavirus infeksiyasına 1 min 477 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 517,802 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 36 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər (ötən gün 25 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 915 nəfərə çatıb.
Virusa yoluxmuş 485,232 min nəfər (sutka ərzində +628) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 25 min 655 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 83 (ötən gün 12 min 325 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 117,481 min test aparılıb.**
B.Rüstəmbəyov