Bazar ertəsi İran prezident İbrahim Rəisi Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadəni qəbul edib.
“Əlizadə etimadnaməsini İran prezidentinə təqdim etdi. Həmçinin, tərəflər Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər”, - İran mətbuatı məlumat verir.
O cümlədən, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər verildiyi kimi, 7 avqust 2021-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev Əli Əlizadənin Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncamlar imzalayıb. **
E.Şəfiyev