Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə ilə hərbi təhsil sahəsində əməkdaşlığın gələcəkdə inkişafını zəruri hesab edir.
“Həsənov Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiq edilməsi, bu məqsədlə də Türkiyə Milli Müdafiə Universiteti ilə hərbi təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasının zəruri olduğunu qeyd edib”, - nazir bazar ertəsi Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşdə bildirib.
Görüşdə hərbi-təhsil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. **
E.Şəfiyev