“Azərenerji” ASC Qubadlı rayonunda 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağını gözləyir. “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə oktyabrın 25-də 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında məlumat verib.
B.Rzayev qeyd edib ki, işğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olub.
“47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir”, - deyə o vurğulayıb.*
B.Rüstəmbəyov