“Naxçıvanbank” 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 3,5% - 308,906 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabr ayının sonuna bankın kredit portfeli 124,977 milyon manat (artım 6,7%) təşkil edib.
Bankın öhdəlikləri 211,447 milyon manata (artım 2,2%), depozitləri 150,147 milyon manata (artım 5,6%), əhalinin əmanətləri 21,104 milyon manata (azalma 2,8%) bərabərdir.
“Naxçıvanbank”ın kapitalı 97 milyon 458,04 min manat (artım 6,4%), nizamnamə kapitalı 82,43 milyon manat (dəyişməyib) təşkil edir.
Cari ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 5 milyon 924,06 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 11,9% azdır.
“Naxçıvanbank” 2008-ci ilin avqust ayında bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları fiziki şəxslərdir.*
X.Nəsirzadə