Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına səfərə gəlib.
Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.
Türkiyə Prezidentini hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan və Türkiyə prezidentləri açılış mərasimində iştirak ediblər. Onlar hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Dövlət başçıları, həmçinin Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark”ın təməlini qoyacaqlar.
Bundan başqa, dövlət başçılarının iştirakı ilə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının tikintisi işlərinə start veriləcək.
Görüşlərdə, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.*
N.Abbasova