Cari ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə müvəkkil banklar tərəfindən 300 milyon manat məbləğində ipoteka krediti verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
Hesabat dövründə verilən kreditlərin sayı 4,538 min təşkil edib.
Bundan başqa, 2006-cı ildən bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 940 milyon manat təşkil edib, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.*
X.Nəsirzadə