Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Bunu Prezident İlham Əliyev deyib.
“Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu, addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək”, - deyə dövlət başçısı bu gün Zəngilan rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında bildirib.*
B.Rüstəmbəyov