Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin şirkətlərinin sərmayələrində maraqlıdır. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına fəal şəkildə investisiya yatırır. İndi Qarabağda Türkiyə şirkətləri fəaliyyət göstərir və sərmayə yatırırlar. Biz həmçinin bu prosesdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin şirkətlərini görmək istərdik”, - Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışında bildirib.
Onun sözlərinə görə, Qarabağın dirçəldilməsi yalnız Azərbaycanın siyasi-iqtisadi gücünün göstəricisi deyil, həm də regionda davamlı sülhün əsası olacaq.
“Qarabağın bərpa olunması böyük iqtisadi əhəmiyyət kəsb edir. Burada regional inteqrasiya imkanları mövcuddur. Bu, həmçinin sərmayələrin yatırılması üçün unikal imkanlar açır, həm də sadəcə nəqliyyat və logistika deyil, həm də bərpaolunan enerji mənbələri, ASK, filiz-mədən sənayesi və s. sahələrə”, - Cabbarov deyib.
O cümlədən, nazir xatırladıb ki, ümumilikdə 2011-2020-ci illərdə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $57 milyard təşkil edib. **
B.Rüstəmbəyov