Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynov Bolqarıstanın müdafiə naziri Qeorgi Panayotovla görüşüb.
“Hərbi sahədə əməkdaşlıq münasibətləri, o cümlədən regional təhlükəsizlik məsələlərini ətraflı müzakirə etdik”, - Hüseynov özünün Twitter hesabında yazıb.
Həmçinin, Hüseynov və Panayotov Azərbaycanla Bolqarıstan arasında hərbi təhsil və tədris sahəsində əməkdaşlıq daxil olmaqla, gələcəkdə tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə hazır olduqlarını təsdiq ediblər. **
E.Şəfiyev