“Ziraat Bank Azerbaycan” ASC (Türkiyənin “Ziraat Bankası”nın törəməsi) 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 14% - 340,848 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2021-ci il tarixinə bankın kredit portfeli 189,523 milyon manat (2020-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 19,7% - İF) təşkil edib.
“Ziraat Bank Azerbaycan”ın öhdəlikləri 261,575 milyon manata (artım 16,3%) bərabərdir.
Hesabat dövrünün sonuna bankda depozitlər 179,472 milyon manat (artım 18,2%), o cümlədən əhalinin əmanətləri 17,759 milyon manat (azalma 2,3%) təşkil edir.
2021-ci il oktyabr ayının əvvəlinə “Ziraat Bank Azerbaycan”ın kapitalı 79 milyon 727,51 min manata (artım 6,9%), nizamnamə kapitalı 50 milyon manata (dəyişməyib) bərabərdir.
Cari ilin 9 ayının yekunları üzrə bankın xalis mənfəəti 3,899 milyon manat (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 2 dəfə) olub.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da "Ziraat Bank Azerbaycan" ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.**
X.Nəsirzadə