“TuranBank” 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 21,7% - 671,282 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il sentyabrın 30-na bankın kredit portfeli 408,819 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 16,4% - İF) bərabər olub.
“TuranBank”ın öhdəlikləri 584,725 milyon manat (artım 24,1%) təşkil edib.
Bankın depozit portfeli 361,854 milyon manat (artım 29,1%), həmçinin fiziki şəxslərin əmanətləri – 242,967 milyon manat (artım 13,6%) təşkil edib.
Sentyabrın sonuna “TuranBank”ın kapitalı 86,557 milyon manata (artım 7,6%), nizamnamə kapitalı 80,005 milyon manata (artım 6,7%) bərabərdir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 404 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 3,5 dəfə azdır.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir.**
X.Nəsirzadə