Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
“Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır. Beləliklə, bizim münasibətlərimiz həm ikitərəfli formatı, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq formatını əhatə edir”, - deyə o bildirib.
Prezident qeyd edib ki, Bakı və Buxarestin iqtisadi-ticari sahədə və energetika sferasında əməkdaşlıq sahəsində, həm də nəqliyyat sahəsində imkanları çoxdur.
“Azərbaycan ölkənin Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük səy göstərir və bu istiqamətdə böyük işlər görülüb. Lakin çox şey ikitərəfli əlaqələrdən asılıdır. Odur ki, bizim mövcud olan və yaradılmasını planlaşdırdığımız infrastruktur yükgöndərənlər üçün alternativ imkanlar yaradacaq. Beləliklə, bu sahədə də əməkdaşlığa ümid edirik. Lakin bütün başqa istiqamətlər üzrə də biz sizin ölkənizlə əməkdaşlıq üçün həmişə açıq olmuşuq. Zənnimcə, biz bunu qarşılıqlı maraqlar əsasında davam etdirəcəyik”, - deyə İ.Əliyev vurğulayıb.*
E.Şəfiyev