2021-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində və bölgələrdə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində yol təsərrüfatına 572,2 min manat məbləğində maddi ziyan dəyib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatında deyilir.
“2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 20 işıq dirəyi, 15 yol nişanı və digər infrastruktur yararsız hala düşüb. Bu dövrdə yol təsərrüfatına dəymiş ziyanın məbləği 572,2 min manat təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu məbləğin 405,7 min manatı (70,9%) ödənilib.*
E.Şəfiyev