NATO alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın regiona ilk səfərinin yekunları ilə bağlı məlumat yayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Kolomina ötən həftə Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olub.
“Kolomina NATO-Bakı əməkdaşlığını, o cümlədən “Planlaşdırma və Baxış Prosesi” proqramı çərçivəsində Azərbaycan hakimiyyəti ilə əməkdaşlığın bərpasını nəzərdən keçirib”, - deyə təşkilatın saytında dərc olunmuş məlumatda bildirilir.
Baş katibin xüsusi nümayəndəsi Azərbaycanın Əfqanıstanda NATO-ya verdiyi dəstəyə, xüsusilə də Azərbaycan hərbçilərinin bu ilin avqustunda Kabil hava limanından müttəfiq və tərəfdaş heyətin və risk altında olan əfqanların təxliyəsində oynadığı rola görə minnətdarlığını bildirib.*
E.Şəfiyev