Azərbaycanda koronavirus infeksiyasına 2 min 420 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 524 min 788-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 300 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər (ötən gün 27 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 995 nəfərə çatıb.
Virusa yoluxmuş 489 min 32 nəfər (sutka ərzində +1 min 358) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 28 min 761 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 827 (ötən gün 13 min 175 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 158 min 35 test aparılıb.*
B.Rüstəmbəyov