"Ziraat Bank Azerbaycan" ASC Azərbaycanda filial şəbəkəsini genişləndirməyi planlaşdırır. Bu barədə “Ziraat Bank”ın baş direktoru Alpaslan Çakar bəyan edib.
Çakarın sözlərinə görə, Qarabağda və Naxçıvanda yeni filiallar açılacaq.
Hazırda "Ziraat Bank Azerbaycan" ın Azərbaycanda 5 filialı var, onlardan 3-ü Bakıda, biri Gəncədə, digəri isə Sumqayıtda fəaliyyət göstərir.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da "Ziraat Bank Azerbaycan" ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.**
X.Nəsirzadə