2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2020-ci ildə 2,8%-ə qarşı 6,2-6,5% səviyyəsində gözlənilir. Bu barədə AMB-nin sədri Elman Rüstəmov bəyan edib.
“Cari il Azərbaycanda inflyasiya 6,2-6,5% səviyyəsində gözlənilir. İllik inflyasiya 9,5-10,5% səviyyəsində gözlənilir”, - Rüstəmov cümə günü keçirilən mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, 2022-ci ildə AMB-nin proqnozlarına görə, orta illik inflyasiya 5,6%-dək azalacaq.
Əvvəl Rüstəmov vurğulayıb ki, Azərbaycanda inflyasiyaya daha çox xarici amil təsir göstərir. “Bizdə inflyasiya idxal inflyasiyasıdır. Bu, əsasən ərzaq inflyasiyasıdır və əfsuslar olsun ki, ardıcıl iki ildir 30%-dən çox təşkil edir. Bu, pandemiya, qlobal təchizat zəncirinin pozulması, xammal və logistika xərclərinin bahalaşması ilə əlaqədardır”, - o qeyd edib. Bundan əlavə, daxili amillər, o cümlədən, elektrik enerjisi, qaz, su və yanacaq tariflərinin artımı da inflyasiyanın sürətlənməsinə təsir edir. **
X.Nəsirzadə