2021-ci ilin yanvar-sentyabr aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $1 milyard 171,162 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar-sentyabr aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($276 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($86,6 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “SOCAR Polymer” ($172,4 milyon), “AzerGold” QSC ($96,1 milyon), “Azəralüminum” MMC ($90,8 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($67,1 milyon), “Azərenerji” ASC ($51,3 milyon), “Azəripək” MMC ($2,4 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1,2 milyon), və Naxçıvan Dövlət Energetika Xidməti ($0,962 milyon) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($84,9 milyon), “Local garden” MMC ($54,9 milyon), “P-Aqro” MMC ($28,5 milyon), “Baku Steel Company” MMC ($38,5 milyon), “Sun Food” MMC ($28,6 milyon), “Azərşəkər İstehsalat Birliyi” MMC ($26 milyon), “RAM Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC ($20,7 milyon), “Bulder 007 LTD” MMC ($17,4 milyon) və Təyyar Hidayətov ($20,7 milyon) daxildir.
Azərbaycan yanvar-sentyabr aylarında $1,8 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib.**
N.Abbasova