“AccessBank” 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 10,4% - 944,895 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2021-ci il tarixinə bankın kredit portfeli 572,16 milyon manat (artım 13,8%) təşkil edib. 492,155 milyon manat (artım 11,3%) biznes kreditlərin, 72,751 milyon manat (artım 37,7%) istehlak kreditlərinin payına düşüb.
Bankın öhdəlikləri 857,636 milyon manat (artım 12,8%), depozit portfeli 678,674 milyon manat (artım 8,1%), fiziki şəxslərin əmanətləri 539,016 milyon manat (artım 8,4%), hüquqi şəxslərin depozitləri 139,658 milyon manat (artım 7%) təşkil edib.
Oktyabrın əvvəlinə “AccessBank”ın kapitalı 87,259 milyon manata, nizamnamə kapitalı 258,718 milyon manata (dəyişməyib) bərabər olub.
Bank hesabat dövrünü 917 min manat məbləğində zərərlə başa vurub (2020-cu ilin yanvar-sentyabr aylarının yekunları üzrə xalis mənfəət 3,038 milyon manat təşkil edib).
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə respublika bankları sırasında 7-ci yerdədir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%),Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).**
X.Nəsirzadə