2021-ci ilin yanvar-sentyabr ayları ərzində "Rabitəbank” aktivlərini 9,1% - 906,865 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il sentyabrın 30-na bankın kredit portfeli 456,625 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 7,9% - İF) təşkil edib. Hesabat dövrünün sonuna istehlak kreditlərinin həcmi 139,4 milyon manat (artım 27%), biznes kreditlərinin həcmi 238,782 milyon manat (azalma 1,7%) məbləğində qiymətləndirilir.
“Rabitəbank”ın öhdəlikləri 802,742 milyon manata (artım 9,6%) bərabərdir.
Bankda depozitlər 621,947 milyon manat (artım 13,9%), o cümlədən fiziki şəxslərin depozitləri 238,332 milyon manat (artım 2,5%) təşkil edib.
Oktyabrın əvvəlinə bankın kapitalı 104,124 milyon manata (artım 5,5%), nizamnamə kapitalı 101,3 milyon manata (dəyişməyib) bərabərdir.
9 ayın yekunları üzrə bankın xalis mənfəəti 6 milyon 625 min manat (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 1,7 dəfə - İF) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.**
X.Nəsirzadə