Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istifadəyə yararsız ümumi çəkisi 64.15 ton ərzaqlıq kartof məhsulunun İrandan ölkəmizə gətirilməsinə qadağa qoyub. Bu barədə AQTA-dan məlumat verilir.
“İrandan ixrac olunan kartof məhsulunda müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 64.15 ton ərzaqlıq kartof məhsulu partiyalarının İran İslam Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib”, - AQTA-dan bildirilir. **
E.Şəfiyev