Azərbaycan hökuməti ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir.
“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb”, - Nazirlər Kabinetinin qərarında qeyd olunur.
Xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək qüvvədə olub.
Oktyabrın 28-nə Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının ümumi sayı 524 min 788-ə çatıb. Ölənlərin ümumi sayı 6 min 995 nəfərə çatıb. Virusa yoluxmuş 489 min 32 nəfər müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 28 min 761 nəfərdir. **
X.Nəsirzadə