Azərbaycanda koronavirus infeksiyasına 2 min 132 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 526,920 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 420 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış26 nəfər vəfat edib (ötən gün 29 nəfər). Ölənlərin ümumi sayı 7 min 021 nəfər təşkil edir.
Virusa yoluxmuş 490 min 789 nəfər (sutka ərzində +1 min 757) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 29 min 110 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 753 (ötən gün 13 min 827 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 169 min 788 test aparılıb.**