Rusiya və Türkiyə XİN başçıları Sergey Lavrov və Mövlud Çavuşoğlu şənbə günü asxam saatlarında G-20 sammitinin keçirildiyi Roma şəhərində danışıqlar keçiriblər.
Rusiya XİN-in məlumatına görə, söhbət zamanı Balkanlarda və Cənubi Qafqazda gələcəkdə vəziyyətin sabitləşməsi üçün iki ölkənin səylərinin əlaqələndirilməsinə əsas diqqət ayrılıb.
Məlumata əsasən, “Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və qarşılıqlı səmərəli infrastruiktur layihələri həyata keçirilməsi məqsədilə regional “3+3” mexanizminin işə salınmasına dair fikir mübadiləsi aparılıb”. **