Türkiyənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən Azərbaycan hərbi qulluqçuları vətənə qayıdıblar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, komando kursu Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində keçirilir. **
A.Salayeva