Romada G-20 sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın amerikalı həmkarı Co Baydenlə görüşü başlayıb. Bu barədə Anadolu agentliyi məlumat verir.
Görüş mətbuat üçün qapalı keçirilir.
O cümlədən, görüşdə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu iştirak edir.
Türkiyə və ABŞ lideləri sonuncu dəfə iyunda Brüsseldə NATO sammiti çərçivəsində əyani olaraq görüşüblər.
Əvvəl Ərdoğan məlumat verib ki, Baydenlə keçiriləcək danışıqların əsas mövzusu Türkiyənin beşinci nəsil F-35 təyyarələrin hazırlanması proqramında iştirakı olacaq. **