Bazar günü Romada G-20 sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyip Ərdoğan və Co Bayden baş tutmuş görüşdə ikitərəfli münasibətlərin möhkəmlənməsi və inkişafı üçün iradənin mövcudluğunu qeyd ediblər. Bu barədə Anadolu agentliyi Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat verir.
“İki ölkənin liderləri müvafiq müştərək mexanizmin yaradılmasına dair razılığa gəliblər”, - İdarənin məlumatında deyilir.
Dövlət başçılarının danışıqları mətbuat üçün qapalı keçirilib və 1 saat 10 dəqiqəyə yaxın davam edib. O cümlədən, görüşdə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu iştirak edib.
“Prezidentlərin görüşü zamanı ikitərəfli ticarət həcminin artırılması perspektivinə uyğun olaraq atılması zəruri olan addımlar müzakirə edilib. Ərdoğan və Bayden diqqəti NATO ilə alyansa və strateji tərtəfdaşlığa yönəldiblər, həmçinin iqlim dəyişikliyi məsələsində atılan qarşılıqlı addımlardan məmnunluq ifadə ediblər”, - İdarədən məlumat verilir.
Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyunda Brüsseldə NATO sammiti çərçivəsində əyani olaraq görüşüblər. **