2020-ci il noyabrın 10-dan Qarabağda və Şərqi Zəngəzurda 6 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
“2020-ci il noyabrın 10-dan bu il oktyabrın 31-dək ümumilikdə 5 min 944 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu dövr ərzində 10,2 min ədəd piyada əleyhinə, 4 329 ədəd tank əleyhinə mina və 12 436 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə