2021-ci ilin yanvar-sentyabr aylarında “Günay Bank”ın aktivləri 4,6% - 256 milyon 198,16 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın sonuna bankın kredit portfeli 199 milyon 255,27 min manat (artım 4,4%), o cümlədən biznes kreditləri 128 milyon 564,22 min manat (artım 1,9%) təşkil edir.
Bankın öhdəlikləri 190 milyon 654,33 min manata (artım 5,9%), depozitləri 103 milyon 19,98 min manata (artım 9%), o cümlədən əhalinin əmanətləri 80 milyon 670,21 min manata (artım 17,1%) bərabərdir.
2021-ci il sentyabrın 30-na “Günay Bank”ın kapitalı 65 milyon 543,84 min manat (artım 0,7%) nizamnamə kapitalı 64 milyon 910,093 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 398,76 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 61,5% çoxdur.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 7 fiziki şəxsdir.*
X.Nəsirzadə