“Naxçıvansığorta” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvlüyünə qəbul edilib.
“ASA-nın Müşahidə Şurasının 2021-ci ilin 3-cü rübünün yekunlarına həsr olunmuş iclasında “Naxçıvansığorta” ASC-nin Assosiasiyanın üzvü olması ilə bağlı müraciətinə baxılıb. Şirkətin müraciəti Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib və qəbul edilib”, - deyə ASA-nın məlumatında bildirilir.
Bununla da Assosiasiya üzvlərinin sayı 20-yə (5 həyat və 1 təkrarsığorta şirkəti) yüksəlib.*
X.Nəsirzadə