“Turkuaz Machinery” MMC nizamnamə kapitalının 1,5 dəfə - 27,45 min manata qədər azaldıldığını elan edib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, şirkətin “Vergilər” qəzetinin saytında dərc olunmuş elanında deyilir ki, bundan əvvəl 54,9 min manat məbləğində olan nizamnamə kapitalının azaldılması cəmiyyətin təsisçilərindən birinin təsisçilikdən çıxması ilə əlaqədardır.*
R.Əhmədov