Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
SCADA İdarəetmə Mərkəzi əsaslı yenidənqurma işlərinin aparıldığı “Meysəri” yarımstansiyasında yaradılıb.
Prezidentə məlumat verilib ki, bu yarımstansiya vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsinin fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin olunub. Yarımstansiyanın istismara verilməsi ilə 10 mindən çox əhalinin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.*
B.Rüstəmbəyov