Azərbaycanda koronavirus infeksiyasına 1 min 200 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 532 min 570-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 261 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər (ötən gün 25 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 101 nəfərə çatıb.
Virusa yoluxmuş 495 min 353 nəfər (sutka ərzində +1 min 174) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 116 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 161 (ötən gün 11 min 697 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 202 min 697 test aparılıb.*
B.Rüstəmbəyov