2021-ci ilin sentyabr ayında Rusiyadan 18 min dən çox turist Azərbaycana səfər edib, bu da ötən ilin sentyabr ayının göstəricisindən 65% çoxdur. Bu barədə Həştərxan vilayətinin Beynəlxalq Əlaqələr Agentliyi məlumat verir.
“Azərbaycan Rusiya turistlərinin böyük diqqətindədir. Xüsusilə, pandemiyaya baxmayaraq, cari ilin sentyabr ayında 18 mindən artıq rusiyalı turst Azərbaycana səfər edib, bu da ötən ilin gösəticisindən 65% çoxdur”, - məlumatda deyilir.
Bundan əlavə, Dövlət Turizm Agentliyi tərəfindən bir sıra regionları təmsil edən Rusiya turizm şirkətlərinin nümayəndələri ilə onlayn konfrans keçirilib.
Onlayn görüş zamanı Sverdlovsk vilayəti ilə işgüzar və tibbi turizmin perspektivləri, Krasnodar diyarı ilə Iter Vitis şərab marşrutu üzrə şərab və qastronomik turlar imkanları, Tatarstan Respublikası ilə tarix-mədəniyyət irs məsələsinə əməkdaşlığın inkişafı, həmçinin Həştərxan vilayəti ilə Xəzər dənizində kruiz marşrutlarının yaradılması məsələləri müzakirə olunub.
Azərbaycan tərəfinin nümayəndələri Naxçıvan Muxtar Respublikasının turizm imkanları barədə söz açıblar.
“Bizim üşün Azərbaycan Xəzər regionunda əsas tərəfdaşlardan biridir. Turizm əməkdaşlığımızın perspektivli sahəsidir. Yaxın zamanda Bakıda Həştərxan Biznes Mərkəzinin açılması planlaşdırılır. Mərkəzin vəzifələrindən biri Həştərxanın turizm məhsulunun təqdim edilməsi olacaq. O cümlədən, bizi birbaşa uçuşlar birləşdirir və turizmin inkişafı üçün bütün şərait var”, - Beynəlxalq Əlaqələr Agentliyinin regional rəhbəri Vladimir Qolovkov şərh edib. **
X.Nəsirzadə