Azərbaycan Pakistandan JF-17 Thunder qırıcılarının alışında maraqlıdır. Bu barədə Azərbaycanın İslamabaddakı səfirliyinin hərbi attaşesi Mehman Novruzov bəyan edib.
“Pakistandan JF-17 Thunder qırıcılarının alınması gündəliyimizin əsas məsələsidir”, - Pakistanın “Dunya News” nəşri Novruzovun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, Azərbaycan xüsusilə Pakistandan JF-17 Thunder Block 3 müasir qırıcılar almaq istəyir.
Novruzov əlavə edib ki, “Azərbaycan HHQ vasitələrinin, xüsusilə qırıcılarının modernləşdirilməsi üçün ciddi səy göstərirlər və bu istiqamətdə Pakistanla birgə iş həyata keçirilir”.
JF Thunder – Çin-Pakistanın birgə hazırladığı qırıcı-bombardmançı təyyarədir. ÇİN HHQ-də təyyarə Chengdu FC-1 Xiaolong kimi qeyd olunur. JF-17 təyyarəsinin son modifikasiyasının dəyəri $25 milyondan bir qədər çoxdur. **
R.Əhmədov