Bakıda keçiriləcək VIII Qlobal Forumda dünyada COVID-19-dan sonrakı vəziyyət müzakirə olunacaq
4-6 noyabr 2021-ci il tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VIII Qlobal Bakı Forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzdən məlumat verilib.
Forumun mövzuları - “COVID-19-dan sonra yeni dünya nizami”, “Yeni Dünya İqtisadiyyatı”, “Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və enerjiyə olan qlobal ehtiyacların təmin edilməsinin bir araya gətirilməsi yolları”, “İqlim dəyişikliyi və dayanıqlı inkişaf”, “Səhiyyə və əhalinin vaksinasiyası”, “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” və s. olacaq.
Noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev Forumun açılışında əsas məruzə ilə çıxış edəcək.
O cümlədən, Forumda müxtəlif dövlətlərin hazırki və keçmiş başçıları, həmçinin hökumət rəhbərləri iştirak edəcəklər.
VII Qlobal Bakı Forumu 2019-cu ilin mart ayında Bakıda keçirilib. 2020-ci ildə COVİD-19 səbəbindən Forum keçirilməyib. **
E.Şəfiyev