Çərşənbə axşamı Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev və Belarusun təhsil naziri İqor Karpenko Bakı və Minsk arasında təhsil sahəsində əməkdaşlığın genişləndiriməsini müzakirə ediblər.
“Biz təhsil sahəsində münasibətlərin inkişafında maraqlıyıq. Belarus və Azərbaycan arasında təhsil sahəsində normativ-hüquqi əməkdaşlıq bazası yaradılıb, ali məktəblər arasında təmaslar qurulub. Pandemiyaya baxmayaraq, münasibətlər davam edir”, - Belarus Təhsil Nazirliyinin saytında Karpenkonun sözlərindən sitat gətirilir.
Nazir qeyd edib ki, iki ölkənin təhsil müəssisələri və təşkilatları arasında qarşılıqlı əlaqələr 61 birbaşa müqavilə əsasında həyata keçirilir. Cari il VDTU və Azərbayacn Dövlət İqtisad Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Həmçinin, Belarus Dplət Universiteti ilə Bakı Dövlət Universisteti arasında əməkdaşlığa dair Yol xəritəsi razılaşdırılıb. Bu sənədə əsasən birgə tədris proqramlarının açılması, müəllimlərin qonaq mühazirələrinin oxunmasına cəlb olunması, elmi tədbirlərdə iştirak, elmi və tədris təcrübələrinin keçirilməsi planlaşdırılır”, - Karpenko deyib.
Onun sözlərinə görə, hazırda Baranoviç Dövlət Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında fəal əlaqələr həyata keçirilir.
“Eyni zamanda, Vitebsk Dövlət Texniki Universiteti, Polotsk Dövlət Universiteti Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə ikili diplomların verilməsi ilə tədris proqramlarının işlənib reallaşdırılması üzrə iş həyata keçirilir”, - nazir əlavə edib.
Öz növbəsində, Baxşəliyev əlavə edib ki, Belarusun peşə-texniki təhsilin inkişafı, məktəblilərin peşə hazırılığı, aqro-texniki, pedaqoji siniflərin yaradılması üzrə təcürbəsi Azərbaycan tərəfi üçün maraqlıdır.
“Tərəflər ali təhsil və bundan sonrakı təhsil sahəsində, həmçinin yüksək ixtisaslı kadrların hazırlanmasında əməkdaşlığın gələcəkdə aktivləşməsində maraqlı olduqlarını ifadə ediblər”, - məlumatda deyilir. **
E.Şəfiyev