Azərbaycan şirkətləri 16-18 noyabr 2021-ci il tarixlərində Dohada keçiriləcək “Qatar Travel Mart (QTM)” beynəlxalq turizm sərgisində iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, Dövlət Turizm Agentliyi (DTA) açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinə “Azexpomontage” MMC-ni cəlb edib.
“Azexpomontage” MMC ilə 116,501 min manat dəyərində müqavilə bağlanıb.*
X.Nəsirzadə