Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
Dövlət başçısının saytında dərc olunmuş məlumata görə, görüş noyabrın 4-dən 6-dək keçiriləcək VIII Qlobal Bakı Forumu ərəfəsində baş tutub.
Görüşdə qeyd olunub ki, pandemiyaya baxmayaraq, Mərkəz aktiv fəaliyyət göstərib.
“Forum çərçivəsində Mərkəzin İdarə Heyətinin üzvləri və digər iştirakçılar Şuşaya səfər etməyi planlaşdırırlar”, - deyə məlumatda vurğulanır.*
E.Şəfiyev