İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və “Dubai Future Foundation” arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Facebook səhifəsində yazıb.
“Sənəddə rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq nəzərdə tutulur”, - deyə nazir qeyd edib.*
A.Salayeva