Azərbaycan İnvestisiya Holdinqi (AİH) və “Dubai Logistics World” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Sənəd Azərbaycanın “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə qoşulması, ölkəmizin beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması sahəsində əməkdaşlığı nəzərdə tutur”, - deyə nazir Facebook səhifəsində yazıb.*
B.Rüstəmbəyov