DOST agentliyi Masallı DOST Mərkəzinin tikintisi üzrə layihə smeta sənədlərinin hazırlanmasına “Azlahiyə İnşaat” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, şirkətlə 129,8 min manat dəyərində müqavilə bağlanıb.
Hazırda Azərbaycanda 5 DOST Mərkəzi (4-ü Bakıda, 1-i Abşeron rayonunda) fəaliyyət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2025-ci ilədək 17 DOST Mərkəzi yaratmağı planlaşdırır. Hazırda Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki və Sabirabad rayonlarında DOST mərkəzlərinin açılması üçün layihələndirmə-tikinti işləri aparılır.*
X.Nəsirzadə