Rəsmi Bakı münasibətlərin normallaşdırılması üçün İrəvanla danışıqlardan heç vaxt imtina etməyib. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan tərəfi heç vaxt danışıqlardan imtina etməyib. Danışıqlarla bağlı çağırışlara hər zaman cavab vermişik. Mövqeyimiz ədalətlidir. Beynəlxalq norma və prinsiplər əsasında biz hər zaman münasibətləri normallaşdırmağa hazırıq”, - deyə nazir bu gün jurnalistlərə bildirib.
O vurğulayıb ki, bu məsələdə Bakı müxtəlif səviyyələrdə görüşlərin keçirilməsinə açıqdır.
“Bunun üçün görüşlər keçirmək lazım olacaqsa, biz görüşlərə açığıq”, - deyə C.Bayramov əlavə edib.*
X.Nəsirzadə