Azərbaycanda koronavirus infeksiyasına 2706 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 539,71 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2256 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər (ötən gün 21 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7182 nəfərə çatıb.
Virusa yoluxmuş 501,508 min nəfər (sutka ərzində +1937) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 31 min 20 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15350 (ötən gün 13102 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 243,038 min test aparılıb.*
B.Rüstəmbəyov