Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında hər hansı görüşün keçiriləcəyi ilə bağlı onda məlumat yoxdur. Bununla belə, o, gələcəkdə bu görüşün keçiriləcəyini istisna etməyib.
“Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında hər hansı görüşün keçiriləcəyi ilə bağlı məlumat yoxdur”, - deyə nazir bu gün jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyü istisna olunmur.*
R.Əhmədov